QR CodeQR Code

Sadiq Xan yenidən Londonun meri seçilib

9 May 2021 11:07

İslamTimes: Leyboristlər Partiyasından Sadiq Xan ikinci dəfə Londonun meri seçilib.


APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Leyboristlər Partiyasından Sadiq Xan ikinci dəfə Londonun meri seçilib.

O ən yaxın rəqibi Mühafizəkarlar partiyasından olan Shaun Baileyni 55.2 faiz səs çoxluğu ilə məğlub edib.

Sadiq Xan bildirib ki, londonluların bu möhtəşəm şəhərə rəhbərlik etmək üçün yenidən ona etimad etdikləri üçün təşəkkür edir.

Qeyd edək ki, Sadiq Xan bu vəzifəyə ilk dəfə 2016-cı ildə seçilib. O, hazırkı baş nazir Boris Consonun yerinə seçilib. Xatırladaq ki, London meri üçün seçkilər əslində ötən il keçirilməyi planlaşdırılsa da koronavirus səbəbindən bu ilə təxirə salınmışdı.


Story Code: 931641

News Link :
https://www.islamtimes.org/az/news/931641/sadiq-xan-yenidən-londonun-meri-seçilib

Islam Times
  https://www.islamtimes.org