QR CodeQR Code

ABŞ-ın 800 xüsusi təyinatlısı Rusiya sərhədinə endi

9 May 2021 12:10

İslamTimes: 800 amerikalı paraşütçü Rusiya sərhədlərinə yaxın eniş edib.


“Swift Response” təlimləri çərçivəsində təxminən 800 amerikalı paraşütçü Estoniyadakı Rusiya sərhədi yaxınlığına enib.

Publika.az xəbər verir ki, bu barədə “Delfi” agentliyi yazıb. Təlim çərçivəsində ABŞ Ordusunun 82-ci hava-desant diviziyasının xüsusi təyinatlıları Estoniya üzərində təyyarələrdən atlayıblar.

ABŞ Quru Qoşunlarının Avropadakı komandanlığı manevrlərdə Britaniya Ordusunun 16-cı Hava Təhlükəsizliyi Briqadasının əsgərlərinin də iştirak etdiyini bildirib.

Təlimlər həqiqi döyüş vəziyyətinə yaxın şəraitdə aparılıb.

 


Story Code: 931650

News Link :
https://www.islamtimes.org/az/news/931650/abş-ın-800-xüsusi-təyinatlısı-rusiya-sərhədinə-endi

Islam Times
  https://www.islamtimes.org