QR CodeQR Code

İran Səfirliyi Qarabağdakı ermənilərə yanacağın aparılması iddiasına münasibət bildirib

9 May 2021 09:38

İslamTimes: İranın Azərbaycandakı səfirliyi Qarabağdakı ermənilərə İran tərəfindən yanacaq yüklərinin aparılması ilə bağlı xəbərləri təkzib edib.


SalamNews xəbər verir ki, İran Səfirliyinin Mətbuat xidməti Qarabağdakı ermənilərə yardımın və yanacaq yüklərinin aparılması iddiasına münasibət bildirib:

Bəyanatda deyilir:

“Dost və qardaş Azərbaycan Respublikasının şərəfli və müdrik xalqının diqqətinə çatdırılır:
Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı kiber məkanda irəli sürülən iddialara cavab olaraq, İran İslam Respublikasının müvafiq qurumları tərəfindən aparılmış araşdırmalara əsasən iddianı və yayımlanan videonu sübut edən heç bir dəlil əldə edilməmişdir.
İki dost və qardaş ölkə arasındakı münasibətlərin inkişaf etdiyi bir vaxtda, iki ölkə arasındakı münasibətlərin inkişafını istəməyən kanallar və qruplar tərəfindən belə əsassız və yalan məlumatlar yayımlanır.
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat şöbəsi”


Story Code: 931654

News Link :
https://www.islamtimes.org/az/news/931654/iran-səfirliyi-qarabağdakı-ermənilərə-yanacağın-aparılması-iddiasına-münasibət-bildirib

Islam Times
  https://www.islamtimes.org