0
Sunday 9 May 2021 - 12:53

Suriya hərbçiləri terrorçuların hücumunu dəf edib

Story Code : 931656
Suriya hərbçiləri terrorçuların hücumunu dəf edib
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasında düşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzi rəhbərinin müavini kontr-admiral Aleksandr Karpov bildirib.

Onun sözlərinə görə, silahlılar Mellaj yaşayış məntəqəsində hərbçilərin mövqelərinə hücum ediblər. Suriya hərbçiləri azı 10 terrorçunu zərərsizləşdirib, digər silahlılar Ftir yaşayış məntəqəsinə tərəf geri çəkilib.

O, əlavə edib ki, İdlibdə də həmçinin "Cabhat ən-Nüsrə" terror qruplaşmasının mövqeləri tərəfindən 52 atəş qeydə alınıb.