0
Sunday 9 May 2021 - 10:09

Kolumbiyada etiraz aksiyaları zamanı 548 nəfər itkin düşüb

Story Code : 931658
Kolumbiyada etiraz aksiyaları zamanı 548 nəfər itkin düşüb
APA yerli “La FM” radiosuna istinad edərək xəbər verir ki, bu barədə ölkənin Ombudsman ofisinin məlumatında bildirilib.

Etiraz və iğtişaşlar zamanı ölənlərin sayının 26-ya çatdığı bildirilib.

Xatırladaq ki, Kolumbiyada aprelin 28-dən etibarən vergi islahatlarına qarşı nümayişlər davam edir. Etiraz aksiyaları paytaxt Boqota, Kali, Medellin və digər şəhərləri əhatə edib.