0
Monday 10 May 2021 - 01:15

Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək

Story Code : 931731
Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, Rusiyanın xarici siyasət idarəsinin rəhbərinin Qarabağda vəziyyətin müzakirəsi üzrə bir sıra görüşləri planlaşdırılıb. Sergey Lavrov çərşənbə axşamına qədər Azərbaycan paytaxtında qalacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanın rəhbərliyi ilə görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, həmçinin beynəlxalq səhnədə qarşılıqlı fəaliyyətin geniş dairəsinə baxılması güman edilir.