QR CodeQR Code

Pakistandan Hindistana nüvə xəbərdarlığı: “Bu, narahatlıq yaradır”

10 May 2021 03:47

İslamTimes: Pakistan Hindistanda ələ keçirilmiş 7 kiloqram uranla bağlı hərtərəfli istintaqın başlanılmasına çağırış edib.


Teleqraf.com xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada səlahiyyəti olmayan şəxslərdən 7 kiloqram təbii uranın ələ keçirilməsindən narahatlıq ifadə olunub.

Bəyanatda nüvə materiallarının təhlükəsizliyinin təmin olunmasının bütün ölkələrin ən vacib prioritetlərindən biri olduğu diqqətə çatdırılıb. Bu həcmdə uranın dövlət nəzarəti olmadan necə ələ keçirilməsi üçün hərtərəfli araşdırmanın aparılması tələb edilib.

Hindistanın Maxaraştra ştatında polis qanunsuz olaraq 7 kiloqram uranı satmaq istəyən 2 nəfəri tutub. Uranın bazar dəyərinin təxminən 3 milyon dollar olduğu bildirilir.


Story Code: 931745

News Link :
https://www.islamtimes.org/az/news/931745/pakistandan-hindistana-nüvə-xəbərdarlığı-bu-narahatlıq-yaradır

Islam Times
  https://www.islamtimes.org