0
Monday 10 May 2021 - 12:29

ABŞ Əfqanıstandan çıxıb, ora yerləşmək istəyir - Şok iddia

Story Code : 931825
ABŞ Əfqanıstandan çıxıb, ora yerləşmək istəyir - Şok iddia
Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti öz mənbələrinə istinadən yayıb.

“ABŞ-a bazalar hərbçilər üçün yox, həm də PUA-lar, bombardmançılar və artilleriya üçün lazımdır ki, Talibanın qarşısını almaq mümkün olsun. ABŞ hökuməti və Pentaqonda Əfqanıstanla qonşu Mərkəzi Asiya, Fars körfəzi ölkələrində və Hərbi Dəniz Qüvvələrinin ayrıca gəmilərində qoşunların yerləşdirilməsi variantı müzakirə edilir”, - deyə o bildirib.

Qəzet, xüsusilə, Ağ Ev və Pentaqonda bəzi məmurların qoşunların Özbəkistan və Tacikistanda yerləşdirilməsinə tərəfdar olduğunu yazıb. Bununla belə variantın reallaşmasına ən böyük çətinlik kimi Rusiyanın regionda böyük hərbi mövcudluğu və Çinin artan təsiri göstərilib. Üstəlik, Özbəkistan və Tacikistanın da buna qarşı olduğu vurğulanıb. Belə ki, bu ölkələr Əfqanıstandakı qeyri-stabilliyin və zorakılığın öz ərazilərinə gətirilməsinə qarşı çıxıblar.

ABŞ-ın Mərkəzi Asiyada stabilliyin saxlanmasında maraqlı olduğunu bildirən qəzet Vaşinqtonun bölgədə Rusiya və Çinə qarşı balans yaratmağı planlaşdırdığını qeyd edib.