0
Monday 10 May 2021 - 13:32

Londonda Fələstin xalqına dəstək aksiyası keçirildi

Story Code : 931830
Londonda Fələstin xalqına dəstək aksiyası keçirildi
Aksiyaya 5 minə yaxın insanın qatıldığı və Əqsa məscidində fələstinlərə edilən hücumların qınandığı diqqətə çatdırılıb.
Vurğulanıb ki, aksiyada "1948-ci ildən bəri nəfəs ala bilmirik" şüarı yazılan plakat da qaldırılıb. Bundan əlavə, Fələstin xalqına həmrəylik göstərən təşkilatın rəsmisi Sibil Kuk etdiyi çıxış zamanı Əqsa məscidində ibadət edən fələstinlilərə səs bombası və göz yaşardıcı qazlar ilə edilən hücumları vəhşilik olaraq xarakterizə edib.
Nümayişçilər Böyük Britaniya hökumətindən İsrail rejiminin cinayətlərini dayandırması üçün hərəkətə keçməsini də istəyiblər. /Eastnews/