QR CodeQR Code

Fransada generallara dəstək: Makrona qarşı II bəyanat...

10 May 2021 11:02

İslamTimes: Fransada bir qrup hərbçi ehtiyatda olan generalların ölkədə vətəndaş müharibəsi riski ilə bağlı yaydıqları bəyanatı dəstəkləyib.


Axar.az xəbər verir ki, bu məlumatı “Valeurs Actuelles” nəşri yayıb. Məlumata görə, adı çəkilməyən hərbçilər hökumətin ehtiyatda olan generallara verdiyi reaksiyanı qınayıblar:

“Onlara qiyamçılar kimi münasibət göstərilib, halbuki onların yeganə günahı ölkələrini sevməkdir. Biz şəhərlərimizdə və kəndlərimizdə zorakılıq müşahidə edirik. Fransa və onun tarixinə nifrət normaya çevrilir. Fransada artıq vətəndaş müharibəsi hazırlanır”.

Fransa hökumətindən yeni bəyanata reaksiyanı İqtisadiyyat Nazirliyinin rəsmi nümayəndəsi Anyes Panye Ryunaşe verib. O, hərbçilərin müraciətinin nizamın müdafiəsinə yox, onun dağıdılmasına yönəldiyini bildirib. Ryunaşe hərbçilərin Marin Le Pen kimi ultrasağçı terminlərdən istifadə etdiyini açıqlayıb:

“Faktları sadalamaq bir şeydir, nizamı qorumaq bəhanəsi ilə iğtişaşlara çağırış etmək başqa şeydir. Bu, müraciətin sətirləri arasından oxunur”.


Story Code: 931833

News Link :
https://www.islamtimes.org/az/news/931833/fransada-generallara-dəstək-makrona-qarşı-ii-bəyanat

Islam Times
  https://www.islamtimes.org