Misir və İordaniya İsrailin səfirlərini XİN-ə çağırıblar
Story Code : 931837
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Misir hökuməti İsrail qüvvələrinin əl-Əqsa məscidinə basqın etməsinə görə İsrailin Qahirədəki səfirini XİN-ə çağırıb.
Eləcə də İordaniya hökuməti eyni addımı atıb və İsrailin bu ölkədəki diplomatik nümayəndəsini XİN-ə çağırıb.
Bu arada Qüdsün İslam Vəqfi Təşkilatı İordaniya hökumətini əl-Əqsa məscidini müdafiə etməyə çağırıb.
Eyni zamanda Fələstin Muxtariyyəti BMT TŞ-nı Fələstinlilərin təhlükəsizliyini təmin etməyə çağırıb.
Qeyd edək ki, təkcə bu gün İsrail qüvvələrinin əl-Əqsa məscidinə basqını zamanı azı 200 fələstinli yaralanıb və biri həyatını itirib.