0
Monday 10 May 2021 - 14:49

Pekin: ABŞ Çini "vurmaq" üçün BMT-dən istifadə edir

Story Code : 931839
Pekin: ABŞ Çini "vurmaq" üçün BMT-dən istifadə edir
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq, bu gün keçirilməsi nəzərdə tutulan toplantını qınayaraq, Birləşmiş Millətlər Təşkilatının bu sayaq proqramlar üçün bir platforma olaraq istifadə edilməsinin əslində beynəlxalq quruma qarşı təhqir olduğunu söyləyib.

Reuters-in verdiyi məlumata görə, Hua Çunyinq BMT-yə üzv ölkələri, ABŞ, Almaniya və İngiltərənin təklifi ilə təşkil ediləcək gündəlik mətbuat konfransına qatılmamağa çağırıb.

O deyib: "ABŞ, Çinə hücum etmək və rəsmi Pekini nüfuzdan salmaq üçün Birləşmiş Millətlər Təşkilatından istifadə edir. ABŞ öz maraqlarına xidmət etmək üçün bir sıra digər ölkələrlə əl-ələ verərək bu çirkin yola qədəm qoyur."