0
Monday 10 May 2021 - 15:20

İşğalçı İsrailə etirazlar artır - Türkiyə də səssizliyi pozdu

Story Code : 931842
İşğalçı İsrailə etirazlar artır - Türkiyə də səssizliyi pozdu
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Tvitterdə yazıb: "Sionist rejim Qüds şəhərində fələstinlilərə hücumları dayandırmalı və yəhudilərin Məscidül-Əqsa Məscidinin həyətinə soxulmasının qarşısını almalıdır! Qüdsdəki hər bir şiddət, qarşıdurmaya görə məhz İsrail rəhbərliyi məsuliyyət daşıyır. Beynəlxalq ictimaiyyət Sionist rejimin öz vətənlərində zülmə məruz qalan günahsız fələstinli mülki vətəndaşlara qarşı bitməyən hücumlarını dayandırmaq üçün ən qısa müddətdə hərəkətə keçməlidir!"

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altın bu məsələ ilə bağlı daha sərt çıxış edərək, beynəlxalq ictimaiyyətdən İsraili yerində oturtmasını tələb edib.