0
Tuesday 11 May 2021 - 00:09

Əl-Əqsa məscidinə hücuma cavab olaraq Qəzzadan İsrailə onlarla raket atılıb

Story Code : 931922
Əl-Əqsa məscidinə hücuma cavab olaraq Qəzzadan İsrailə onlarla raket atılıb
SalamNews Fələstin Media Mərkəzinin saytına istinadla xəbər verir ki, Qəzzada olan “Kətaib əl-Qəssam”, “ Səraya əl-Quds”, “Əlviyət Nasir Səlahəddin” və “Kətaib Şuhəda əl-Əqsa” hərəkatları və hərbi briqadaları İsrailin müxtəlif bölgələrini onlarla raketlə hədəfə aldıqlarını bildiriblər.

Məlumata görə işğalçı İsrailin Qəzza ilə sərhədində yerləşən Aşkelon və Sderot kimi rayonları daha çox hücuma məruz qalıb.

İsrail mətbuatı raketlərdən birinin Qüdsdə işğal edilmiş ərazidə salınmış massivə düşdüyünü bildirib.

Fələstin hərəkatları ayrı ayrılıqda bəyanat verərək, bu hücumun əl-Əqsaya edilən basqına cavab olduğunu bildiriblər.

İsrail mətbuatı iddia edib ki, bundan sonra Qəzzaya hava zərbələri endirilib.

Qeyd edək ki, təkcə bu gün işğalçı İsrail qüvvələrinin əl-Əqsa məscidinə edilən basqınında 300-dən çox fələstinli müxtəlif dərəcələrdə yaralanıb və xəsarət alıblar. Eyni zamanda İsrail qüvvələri Şərqi-Qüdsdə Şeyx Carrah kvartalında 18 fələstinli ailəni buradan köçürmək üçün yenidən əraziyə basqın həyata keçirib.

Qeyd edək ki, Türkiyə, Pakistan və İran da daxil olmaqla müsəlman ölkələrinin böyük əksəriyyəti İsrailin bu təcavüzü barədə pisləyici bəyanat verib, dünya ictimaiyyətini bu zorakı addımların qarşısını almağa çağırıblar. Türkiyə prezidenti son çıxışında İsraili “terror dövləti” adlandırıb.