QR CodeQR Code

Başbuğ: Problem F-35 deyil, ABŞ-ın istəyi budur

11 May 2021 10:17

İslamTimes: Türkiyə S-400 sistemlərini geri qaytarsa belə, ABŞ yeni problemlə qarşımıza çıxacaq.


Axar.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ F-35 böhranı ilə bağlı ölkə mətbuatına açıqlamasında deyib.

“Türkiyə ilə ABŞ arasında problem əslində F-35-lərlə bağlıdırmı? Məncə, deyil. ABŞ əvvəlki Türkiyənin geri qayıtmasını istəyir, ABŞ dəyirmanına su tökən bir quruluş axtarır. O quruluş FETÖ idi və o da çökdü.

Digər tərəfdən, F-35-lərin bir çox problemi mövcuddur. Türkiyə 2002-ci ildən bəri bu layihənin içərisindədir. F-35 məsələsi bir növ Türkiyənin milli təyyarə istehsalı prosesini də sürətləndirəcək. ABŞ-ın mövqeyi ortadadır. Onların hərəkəti müttəfiqlik mövqeyinə də sığmır”, - ekspert bildirib.


Story Code: 932004

News Link :
https://www.islamtimes.org/az/news/932004/başbuğ-problem-f-35-deyil-abş-ın-istəyi-budur

Islam Times
  https://www.islamtimes.org