0
Tuesday 11 May 2021 - 15:52

ABŞ konqresmeni: İsrailin Qəzzaya hücumu "terror aktı"dır!

Story Code : 932037
ABŞ konqresmeni: İsrailin Qəzzaya hücumu "terror aktı"dır!
ABŞ Konqresinin üzvü İlhan Ömər bazar ertəsi günü İsrailin Qəzza zolağında fələstinlilərə qarşı son təcavüzünü, aralarında 9 uşaq olmaqla ən azı 20 fələstinlini qətlə yetirməsini "terror aktı" kimi qiymətləndirib.

Türkiyənin "Yeni Şafak" qəzeti xəbər verir ki, İlhan Ömər Twitter səhifəsindəki mesajında yazıb: ​​"Fələstinlilər qorunmağa layiqdirlər! İsraildən fərqli olaraq Fələstindəki mülki insanları qorumaq üçün "Dəmir Qübbə" kimi raketdən müdafiə sistemləri yoxdur."

Sözlərinin davamında sionistlərin cinayətlərinin məhkum edilməli olduğunu qeyd edən ABŞ Konqresi üzvü əlavə edib: "Bayram (Fitr) həftəsində bu cür hücumları qınamamaq vicdansızlıqdır!"