0
Tuesday 11 May 2021 - 16:08

Çin: ABŞ bütün ölkələrdən daha çox müsəlmanları qətliam edib!

Story Code : 932042
Çin: ABŞ bütün ölkələrdən daha çox müsəlmanları qətliam edib!
Çin Xarici İşlər Nazirliyinin sözçüsü xanım Hua Çunyinq deyib: "Amerika Birləşmiş Ştatlarında bəziləri bir neçə yalançı şahidin uydurmalarını satın alır, lakin sayı bu yalançı aktyorlardan qat-qat çox olan kütlələrin etiraz səsini dinləməkdən belə imtina edir! Onlar Sincanda 25 milyon etnik qrup da daxil olmaqla 1,4 milyard çinlinin səsini eşitmək istəmirlər."

Sözçü daha sonra ABŞ-ın insan hüquqları ilə bağlı ləkəli keçmişini qınayaraq deyib: "Dünyadakı bütün ölkələr arasında ən çox müsəlmanların qətlinə imza atan ölkə məhz Amerikadır! Amerika Birləşmiş Ştatları terrorla mübarizə əməliyyatları adı altında 80-dan çox ölkədə müharibə başladaraq, 800 mindən çox insanı qətliam edib. Əfqanıstan, İraq və Suriyada on milyonlarla insanı eindən-eşiyindən didərgin salıb."