QR CodeQR Code

HƏMAS Qəzzaya hücumlarla bağlı xəbərdarlıq etdi

إسلام تايمز , 11 May 2021 22:56

İslamTimes: HƏMAS: Qəzzaya hücumlar davam etsə Tel-Əvivi Askalandan daha şiddətli şəkildə hədəf alacağıq


Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Kətaib əl-Qassamın sözçüsü Əbu Ubeydə deyib: "Düşmən mülki binaları bombalamağa davam etsə, Təl-Əviv Askalanda baş verənlərdən daha sərt bir raket hücumu ilə hədəf alınacaq."

Fələstinli mənbələr günortadan sonra Fələstin Müqavimət Qüvvələri tərəfindən Qəzza zolağının şimalında yerləşən işğal olunmuş Eşdod və Askalan şəhərlərinə geniş raket hücumu edildiyini bildirib.

Askalan şəhər xəstəxanası, bu gün Qəzzadan edilən raket hücumu nəticəsində 95 sionistin yaralandığını və bu xəstəxanaya yerləşdirildiyini bildirib.

Bu arada İsrail mətbuatı İsrailin 80 döyüş təyyarəsinin Qəzzaya hücum etməyə hazır olduğunu iddia edib.

Fələstin Səhiyyə Nazirliyi dünən Qəzzaya edilən hücumlar zamanı şəhid olanlarının sayının 28 nəfərə çatdığını qeyd edib. Bu 28 nəfərdən 10-u uşaqdır. Bundan əlavə 150-dən çox fələstinli yaralanıb.


Story Code: 932140

News Link :
https://www.islamtimes.org/az/news/932140/həmas-qəzzaya-hücumlarla-bağlı-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org