0
Wednesday 12 May 2021 - 00:23

Ankara işğalçı İsrail nazirinə göndərdiyi dəvəti geri çəkdi

Story Code : 932143
Ankara işğalçı İsrail nazirinə göndərdiyi dəvəti geri çəkdi
Türkiyə Antalya Diplomatiya Forumu çərçivəsində keçiriləcək tədbir üçün İsrailin enerji naziri Yuval Steinitzə göndərdiyi dəvəti geri çəkib.

Axar.az xəbər verir ki, dəvətin ləğv edilməsinə səbəb son vaxtlar işğalçı İsrailin fələstinlilərə qarşı artan hücumları göstərilib. Dəvətin geri çəkildiyi barədə məlumat İsrail tərəfinə Türkiyənin Təl-Əviv səfirliyi vasitəsilə çatdırılıb.

Qeyd edək ki, Antalya Diplomatiya Forumu 18-20 iyun tarixlərində keçiriləcək.