0
Wednesday 12 May 2021 - 02:44

Qəzzada şəhid olanların sayı 30-a çatdı

Story Code : 932147
Qəzzada şəhid olanların sayı 30-a çatdı
Publika.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr bildirib.

O, qeyd edib ki, ölənlərdən 10-u uşaqlardır. Zərbələr nəticəsində həmçinin daha 203 nəfər xəsarət alıb.

"İsrailin iki gün ərzində Qəzza sektoruna hava zərbələri nəticəsində anklavda 30 fələstinli həlak olub. Onlar arasında 10 uşaq və 1 qadın da var. Zərbələr nəticəsində daha 203 insan yaralanıb”, - əl-Kidr bildirib.

Bazar etəsi axşam Qəzza sektorunda son illər ərzində ən böyük eskalasiya başlayıb. Bu günlər ərzində İsrailin qəddarlığına cavab olaraq Qəzzadan İsrailə 600-dən çox raket buraxılıb.