0
Wednesday 12 May 2021 - 03:45

Sionist ordusu Dəmir Qübbə sisteminin Fələstin müqavimətinin raketləri qarşısındakı nasazlığını etiraf etdi

Story Code : 932150
Sionist ordusu Dəmir Qübbə sisteminin Fələstin müqavimətinin raketləri qarşısındakı nasazlığını etiraf etdi
İsrail rejiminin ordusu işğal altındakı Asqalan qəsəbəsindəki Dəmir Qübbə raketdən müdafiə sisteminin bir texniki problemlə qarşılaşdığını və bu problemin həll edildiyini açıqlayıb.

Sionist rejimin Kanal 12 televiziyasının məlumata görə, sistemdə yaranmış nasazlıq Qəzzadan atılan raketləri tutulmaması və vurulmaması ilə nəticələnib.

Fəallar tərəfindən sosial şəbəkədə yayımlanan videoda Dəmir Qübbə sisteminin bir raket atdıqdan sonra Qəzzadan atılan bir roketi tuta bilmədiyi, sionist rejimin şəhərinə düşdüyü və partladığı görünür.

Sionist mediası bu günə qədər Qəzzadan sionist yaşayış məntəqələrinə 630 raket atıldığını bildirib. /Deyerler/