QR CodeQR Code

ABŞ İsrailin cinayətlərinə göz yumub, HƏMAS-a "dur" deyir

إسلام تايمز , 12 May 2021 17:18

İslamTimes: Amerika işğalçı İsrail rejiminin Fələstində mülki yaşayış binalarını bombalayaraq qadınları, körpələri qətliam etməsinə göz yumub, Həması cavab zərbələrini dayandırmağa çağırıb


Ağ Evin sözçüsü Cen Psaki, İsrailin Qəzza zolağına top atəşləri və qırıcılar vasitəsi ilə qəddar hücumlarına, günahsız fələstinlilərin öldürülməsinə işarə etmədən Həmasın raket hücumlarını tənqid edərək bu hücumların dayandırılmasını və gərginliyə son verilməsini istəyib.

Hell xəbər saytının verdiyi məlumata görə, ABŞ prezidenti Co Bayden Fələstinlə sionist rejim arasındakı son hadisələrlə bağlı (Qüds və Qəzzada yaşananlar) gündəlik məlumatlandırılır. Bayden hər gün Tel-Əvivi hədəf alan raket zərbələri ilə bağlı videoları izləyir.

Psaki Fələstində mülki yaşayış binalarının İsrail tərəfindən bombalanmasına toxunmadan bildirib ki, Co Bayden məntəqə dövlətləri və İsrail ilə Fələstin rəhbərliyinə mesaj ünvanlayaraq, münaqişəyə son verilməsinə çalışır.


Story Code: 932260

News Link :
https://www.islamtimes.org/az/news/932260/abş-israilin-cinayətlərinə-göz-yumub-həmas-a-dur-deyir

Islam Times
  https://www.islamtimes.org