QR CodeQR Code

İordaniya xalqı 4 gündür İsrail səfirliyi qarşısında aksiya keçirir

إسلام تايمز , 13 May 2021 01:52

İslamTimes: İordaniya vətəndaşları artıq dördüncü gündür ki, İsrailin Ammandakı səfirliyi qarşısında toplaşaraq sionist rejimə qarşı şüarlar səsləndirirlər.


Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, aksiya iştirakçıları Qüds, Qəzza, ümumiyyətlə fələstinlilərin sionist rejimin cinayətlərinə və təcavüzlərinə müqavimətini dəstəkləyən şüarlar səsləndiriblər.

İordaniyanın şimalındakı Arbad şəhərində də bu axşam Qüds, Qəzza, Müqavimət Qüvvələrinə dəstək məqsədi ilə nümayişlər keçirilib.

Son günlərdə məntəqə ölkələrində, eləcə də dünyanın bir çox ölkələrində insanlar koronavirus pandemiyasını belə gözə alaraq İsrailin Qəzza zolağına endirdiyi hava hücumlarını, Əl-Əqsa məscidinə hücumları dayandırması tələbi ilə nümayişlər keçiriblər.


Story Code: 932335

News Link :
https://www.islamtimes.org/az/news/932335/iordaniya-xalqı-4-gündür-israil-səfirliyi-qarşısında-aksiya-keçirir

Islam Times
  https://www.islamtimes.org