QR CodeQR Code

Tel-Əviv Qəzzaya hücumları artırmaq niyyətindədir

إسلام تايمز , 13 May 2021 02:08

İslamTimes: İşğalçı İsrail rejimi baş naziri və sionist rejim Təhlükəsizlik İdarəsi bugünki toplantı zamanı Qəzzaya hücumların artırılması planını təsdiqləyiblər.


Walla News-un verdiyi xəbərə görə, İsrail Təhlükəsizlik İdarəsi Qəzza zolağındakı Müqavimət Qrupları tərəfindən həyata keçirilən yeni əməliyyatların ardından HƏMAS və İslami Cihad Müqavimət Hərəkatlarına qarşı hücum əməliyyatlarını artırmaq üçün hərbi planlarını elan edib.

Binyamin Netanyahu da bu toplantı zamanı İsrailin hazırda heç bir atəşkəs təklifini qəbul etməyəcəyini iddia edib.

Sionist rəsmilər, Qəzza zolağına təcavüzkar hücumlara son qoyulması üçün hər hansı bir zaman təyin edilməyini bildiriblər.

Sionist rejim hazırda quru əməliyyatları deyil, yalnız hava əməliyyatları üzərində dayandığını iddia edib.

Qeyd edək ki, işğalçı İsrailin Qüds şəhərindəki Şeyx Cərrah bölgəsindəki müsəlmanları evindən zorla çıxarmasından və Əl-Əqsa məscidinə hücum edərək, fələstinlilərə qarşı xüsusi amansızlıqla zorakılıq tətbiq etməsindən sonra, Fələstin Müqavimət Hərəkatı sionist rejimə qarşı cavab əməliyyatına başlayıb.


Story Code: 932337

News Link :
https://www.islamtimes.org/az/news/932337/tel-əviv-qəzzaya-hücumları-artırmaq-niyyətindədir

Islam Times
  https://www.islamtimes.org