İsrailin bu gün Qəzzada qaçqın düşərgəsinə aviazərbəsində 11 uşaq və qadın həlak olub
Story Code : 932594
SalamNews Fələstin Media Mərkəzinin saytı Palinfo.com-a istinadla xəbər verir ki, işğalçı İsrailin bu gün Qəzzada əş-Şati qaçqın düşərgəsinə endirdiyi şiddətli hava zərbələri nəticəsində 8-i uşaq və 3-ü qadın olmaqla 11 nəfər həlak olub.
Bununla da son 6 gündə Qəzzaya edilən hücumlar nəticəsində ölənlərin sayı 140-a çatıb.
Bundan savayı ötən gün Qəzzaya dəstək məqsədilə işğal altındakı İordan çayının qərbində keçirilən aksiyalarda və buradakı qarşıdurmalar zamanı daha 11 fələstinli həyatını itirib.
Fələstinli hərəkatlar cavab olaraq İsrailin Beer-Şava, Aşdod, Sderot, Təl-Əviv, Aşkelon və ən-Nəqib bölgələri istiqamətində raketlər atıblar.