0
Saturday 15 May 2021 - 23:05

Fələstin 12 saat ərzində İsraili 278 raketlə hədəf aldı

Story Code : 932731
Fələstin 12 saat ərzində İsraili 278 raketlə hədəf aldı
İşğalçı İsrail rejimi ordusunun verdiyi məlumata görə, bu gün səhər saat 7-dən axşam saat 19:00-dək Qəzzadan İsrailin işğalı altında olan ərazilərə 278 raket atılıb.

Sionist rejimlə Fələstin arasında yaşanan son gərginliklərdə 10 sionist həlak olub, onlarla israilli yaralanıb.

Fələstin Müqavimət Cəbhəsi bugünki əməliyyatları zamanı Tel-Əvivdən əlavə, Ben Qurion Hava limanı, Ramat Qan, Rişon Latsion və Qafat Samuel şəhərlərini hədəf alıb. Bu əməliyyat işğalçı İsrailin Qəzzadakı Əş-Şati düşərgəsinə hücumuna cavab olaraq həyata keçirilib. Qeyd edək ki, İsrail bu məkanı hədəf alaraq, iki ailənin 10 üzvünü qətlə yetirilib. Şəhid olanların altısı uşaq, ikisi qadındır.