QR CodeQR Code

Fələstin 12 saat ərzində İsraili 278 raketlə hədəf aldı

إسلام تايمز , 15 May 2021 23:05

İslamTimes: Fələstinin Müqavimət Hərəkatı, Qüdsdə və Qəzzada fələstinlilərə qarşı amansız hücumlar edən sionistləri 12 saat ərzində 278 raketlə hədəf alıb.


İşğalçı İsrail rejimi ordusunun verdiyi məlumata görə, bu gün səhər saat 7-dən axşam saat 19:00-dək Qəzzadan İsrailin işğalı altında olan ərazilərə 278 raket atılıb.

Sionist rejimlə Fələstin arasında yaşanan son gərginliklərdə 10 sionist həlak olub, onlarla israilli yaralanıb.

Fələstin Müqavimət Cəbhəsi bugünki əməliyyatları zamanı Tel-Əvivdən əlavə, Ben Qurion Hava limanı, Ramat Qan, Rişon Latsion və Qafat Samuel şəhərlərini hədəf alıb. Bu əməliyyat işğalçı İsrailin Qəzzadakı Əş-Şati düşərgəsinə hücumuna cavab olaraq həyata keçirilib. Qeyd edək ki, İsrail bu məkanı hədəf alaraq, iki ailənin 10 üzvünü qətlə yetirilib. Şəhid olanların altısı uşaq, ikisi qadındır.


Story Code: 932731

News Link :
https://www.islamtimes.org/az/news/932731/fələstin-12-saat-ərzində-israili-278-raketlə-hədəf-aldı

Islam Times
  https://www.islamtimes.org