0
Saturday 15 May 2021 - 23:51

Əl-Husi: Səudiyyə Ərəbistanı Yəmən əvəzinə sionist rejimi bombalasın!

Story Code : 932736
Əl-Husi: Səudiyyə Ərəbistanı Yəmən əvəzinə sionist rejimi bombalasın!
Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi "Twitter" hesabında yazıb: "Səudiyyə Ərəbistanı Yəmənə qarşı təcavüzü, hava hücumlarını dayandırmalı və Fələstini bombalayan Sionist rejimə hücum etməlidir..."

Əl-Məyadin xəbər kanalı Məhəmməd Əli əl-Husinin belə dediyini yazıb: "Səudiyyə Ərəbistanını və ona bağlı koalisiya qüvvələrini işğalçı İsrail rejiminə qarşı bir neçə hücum təşkil etməyə çağırıram. Onlar Fələstindəki qurbanların ailələrinin intiqamı, qələbəsi üçün işğalçı İsrailə hücum etsinlər..."

Yəmənli rəsmi əlavə edib: "Bunun müqabilində Yəmən Respublikası Səudiyyə rejiminin hücumlarına cavab vermək hüququndan vaz keçəcək. Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarına, mühasirəsinə baxmayaraq biz cavab vermək haqqımıza göz yumacağıq!"