QR CodeQR Code

ABŞ işğalçı yox, müdafiə olunan ölkəyə təzyiq göstərir

16 May 2021 00:30

İslamTimes: HƏMAS İsrailə zərbələri dayandırmalıdır – Bayden


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Fələstin lideri Mahmud Abbasla telefon danışığı zamanı deyib. Telefon danışığı zamanı Bayden ABŞ-ın konfliktin həlli barədə son diplomatik səyləri barədə danışıb.

Bayden Fələstin xalqının onun layiq olduğu iqtisadi imkanlar şəraitində azad, təhlükəsiz və layiqli həyatının təmininin dəstəkləməsini dəstəklədiyini bildirib.

Qeyd edək ki, bundan öncə Baydenlə işğalçı İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutmuşdu.

Maraqlı məqam budur ki, Qüds şəhərində fələstinlilərə qarşı xüsusi amansızlıqla hücumlar edən işğalçı İsrail ABŞ tərəfindən tənqid olunmur!


Story Code: 932738

News Link :
https://www.islamtimes.org/az/news/932738/abş-işğalçı-yox-müdafiə-olunan-ölkəyə-təzyiq-göstərir

Islam Times
  https://www.islamtimes.org