QR CodeQR Code

İşğalçı İsrail Qəzzada Əlcəzirə və Associated Press -in ofisinin olduğu binanı vurdu

16 May 2021 00:02

İslamTimes: İşğalçı İsrail Qəzzada yerli və xarici KİV-lərin nümayəndəliklərinin sıx yerləşdiyi daha bir binanı yerlə yeksan edib.


SalamNews Euronews-a istinadla xəbər verir ki, işğalçı İsrail bu gün ilk xəbərdarlıq atəşindən az sonra “əl-Cəla Plaza” adlı KİV-lərin yerləşdiyi binanı vurub.

Burada Əlcəzirə və Associated-Press kimi mötəbər xarici KİV-lərin nümayəndəlikləri yerləşir.

Bu addım İsrailin son altı gündə üçüncü addımıdır. İsrail bundan öncə Qəzzanın mərkəzində KİV nümayəndəliklərinin yerləşdiyi “əş-Şuruq” adlı 14 mərtəbəli binanı və “əl-Cəuhərə” adlı 13 mərtəbəli binanı hədəf alıb.


Story Code: 932740

News Link :
https://www.islamtimes.org/az/news/932740/işğalçı-israil-qəzzada-əlcəzirə-və-associated-press-in-ofisinin-olduğu-binanı-vurdu

Islam Times
  https://www.islamtimes.org