QR CodeQR Code

İsmayıl Qaani ilə İsmayıl Haniyə arasında telefon danışığı oldu

16 May 2021 12:57

İslamTimes: İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri general İsmayıl Qaani şənbə günü (15 may) Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefonda Qəzzadakı son hadisələr barədə danışıb.


Deyerler.org xəbər verir ki, Əl-Aləm Xəbər Şəbəkəsinin məlumatına görə, general İsmayıl Qaani telefon danışığında, Fələstin müqavimətinin sionist düşmənin təcavüzünə və Fələstin xalqının müdafiəsinə misilsiz və uğurlu cavabını təqdir edib.

Qüds Qüvvələrinin komandiri işğalçı rejimin vəhşiliyini qınayıb.

İsmayıl Haniyə də telefon danışığında Qüds müharibəsinin millətin bütün övladlarının döyüşü olduğunu söyləyib və İranın Fələstin millətinə verdiyi dəstəyə görə təşəkkür edib.


Story Code: 932828

News Link :
https://www.islamtimes.org/az/news/932828/ismayıl-qaani-ilə-haniyə-arasında-telefon-danışığı-oldu

Islam Times
  https://www.islamtimes.org