0
Sunday 16 May 2021 - 13:26

Sionistlərin Qəzzaya hücumunda ölənlərin sayı 174-ə çatıb, onların 47-i uşaqdır

Story Code : 932830
Sionistlərin Qəzzaya hücumunda ölənlərin sayı 174-ə çatıb, onların 47-i uşaqdır
SalamNews Fələstin Media Mərkəzinin saytı Palinfo.com-a istinadla xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi bəyanat verib.

Bildirilib ki, işğalçı İsrailin son yeddi gündə Qəzzaya endirdiyi hava və artileriya zərbələrində ölənlərin sayı 174-ə yüksəlib.

Ölənlərin 47-i uşaq, 29-u isə qadındır.

Bu hücum nəticəsində 1,200 nəfər müxtəlif dərəcələrdə yaralanıblar.