0
Sunday 16 May 2021 - 15:13

Roma Papası Qəzza ilə bağlı çağırış edib

Story Code : 932835
Roma Papası Qəzza ilə bağlı çağırış edib
Roma Papası son günlər uşaqlar da daxil olmaqla çoxsaylı günahsız insanın ölümünün qəbuledilməz olduğunu deyib: "Mən dinclik, silah səslərinə son verərək sülh yolunu tutmaq üçün məsul şəxslərə müraciət edirəm. Aralarında uşaqların da olduğu çox sayda günahsız insan ölüb. Bu qorxuncdur, qəbuledilməzdir. Onların ölümü insanların bir gələcək qurmaq istəmədiyinə, ancaq onu məhv etdiyinə işarədir... Mənə maraqlıdır, görəsən, nifrət və intiqam bizi hara aparacaq?"

Qeyd edək ki, mayın 10-dan etibarən "HƏMAS" İsrailin vəhşiliklərinə cavab əməliyyatlarına başlayıb. İşğalçı İsrail rejiminin Qəzzada mülki yaşayış binalarını hədəf alması nəticəsində 50-yə yaxın fələstinli uşaq şəhid olub.