QR CodeQR Code

NATO Rusiya və Belarusa zərbəyə hazırlaşır - Minsk

17 May 2021 09:47

İslamTimes: NATO-nun strateji bombardmançılarının nümayişkəranə uçuşları, böyük ehtimalla, Belarus və Rusiyaya zərbə variantlarını özündə ehtiva edir.


Axar.az xəbər verir ki, bu sözləri Belarus Baş Qərargahı rəhbərinin birinci müavini İqor Korol deyib.

O bildirib ki, ilin əvvəlindən qonşu ərazilərdə 9 belə uçuş həyata keçirilib:

“Bütün aviasiya arsenalı – strateji kəşfiyyat təyyarələrindən kəşfiyyat-zərbə pilotsuz uçuş aparatlarına kimi, hərəkətə keçib”.

İ.Korol əlavə edib ki, ABŞ və NATO ölkələri mümkün əməliyyatı hücum kimi deyil, böhranlı vəziyyətə müdaxilə kimi dəyərləndirir.


Story Code: 932948

News Link :
https://www.islamtimes.org/az/news/932948/nato-rusiya-və-belarusa-zərbəyə-hazırlaşır-minsk

Islam Times
  https://www.islamtimes.org