0
Saturday 20 August 2011 - 17:22

Misir öz səfirini Tel-Əvivdən geri çağırdı

Story Code : 93295
Misir öz səfirini Tel-Əvivdən geri çağırdı
Misir öz səfirini Tel-Əvivdən geri çağırdı
“IslamTimes” “Reuters”-ə istinadən xəbər verir ki, Misir dövləti bu gün səhər bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, işğal olunmuş Fələstin sərhədləri yaxınlığında üç Misir hərbiçisinin sionistlər tərəfindən qətlinə etiraz olaraq Misir səfiri İsraildən geri çağırılıb. Qahirə İsrail ordusunun bu cinayətini məhkum edib. Hələ ötən gün Tel-Əvivə rəsmi etiraz bildirilib. Xatırladaq ki, cümə axşamı günü işğal olunmuş Fələstin sərhədləri yaxınlığında İsrail hərbiçiləri üç Misir hərbiçisini qətlə yetirib, yeddisini yaralayıb. Qahirədə İsrailin səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Comment