QR CodeQR Code

ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzzadakı vəziyyətlə bağlı bəyanatın verilməsinin qarşısını alıb

17 May 2021 10:38

İslamTimes: “Amerikanın maneə törətməsinə görə Təhlükəsizlik Şurası Fələstindəki vəziyyətlə bağlı vahid səslə çıxış edə bilməyib.”


SalamNews Sputnik-ə istinadla xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vang Yi deyib.

O Fələstindəki vəziyyətin acınacaqlı olduğunu bildirib və qeyd edib ki, bir dövlətin maneə yaratması ilə BMT TŞ məsələ ilə bağlı vahid bəyanatla çıxış edə bilməyib.

Çin XİN rəhbəri həmçinin İsrail ordusu tərəfindən fələstinlilərə qarşı şiddətin həyata keçirildiyini bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ötən gün məsələ ilə bağlı toplantı keçirib. Bu toplantı heç bir nəticə ilə yadda qalmayıb.


Story Code: 932963

News Link :
https://www.islamtimes.org/az/news/932963/abş-bmt-təhlükəsizlik-şurasında-qəzzadakı-vəziyyətlə-bağlı-bəyanatın-verilməsinin-qarşısını-alıb

Islam Times
  https://www.islamtimes.org