QR CodeQR Code

Nigeriyada silahlı hücumlar; 100-dən çox ölü

17 May 2021 10:02

İslamTimes: "Boko Haram" terror təşkilatı və silahlı dəstə üzvləri bazar ertəsindən bazar gününə qədər ölkənin müxtəlif bölgələrində hücumlar həyata keçirib.


Ötən həftə Nigeriyadakı hücumlarda 108 nəfər həlak olub və bir çox insan yaralanıb.
Ölkəni sarsıdan hücumlardan sonra Nigeriyanın cənub əyalətlərində 17 vali hökuməti təhlükəsizlik məsələsində təcili milli dialoqa başlamağa çağırıb.
Valilər Prezident Məhəmməd Buxarinin ölkədəki təhlükəsizlik problemləri ilə əlaqədar vətəndaşlara müraciət etməsi lazım olduğunu söyləyib. /Eastnews/


Story Code: 932973

News Link :
https://www.islamtimes.org/az/news/932973/nigeriyada-silahlı-hücumlar-100-dən-çox-ölü

Islam Times
  https://www.islamtimes.org