0
Monday 17 May 2021 - 11:44

İsrail Qəzzada 23 yerli və xarici KİV-in ofisini dağıdıb - Beynəlxalq Təşkilat

Story Code : 932977
İsrail Qəzzada 23 yerli və xarici KİV-in ofisini dağıdıb - Beynəlxalq Təşkilat
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, bunu Sərhədsiz Reportyorlar Təşkilatı bildirib.

Mərkəzi qərargahları Parisdə yerləşən bu təşkilat ötən gün yayımlaığı bəyanatda bildirib ki, işğalçı İsrail son həftədə ümumilikdə 23 yerli və xarici KİV-in ofisini dağıdıb.

Əlavə edilib ki, işğalçı İsrail rejimi onların çoxunu bilərəkdən hədəfə alıb.

Təşkilat İsrailin bu addımının Roma Sazişinə əsasən müharibə cinayəti olduğunu vurğulayıb.

Qeyd edək ki, İsrail sonuncu dəfə Qəzzanın mərkəzində “əl-Cəla Plaza” adlı KİV-lərin yerləşdiyi binanı yerlə yeksan edib. Burada Əlcəzirə və Associated-Press kimi mötəbər xarici KİV-lərin nümayəndəlikləri yerləşirdi. İsrail bundan öncə isə Qəzzanın mərkəzində KİV nümayəndəliklərinin yerləşdiyi “əş-Şuruq” adlı 14 mərtəbəli binanı və “əl-Cəuhərə” adlı 13 mərtəbəli binanı yerlə yeksan etmişdi.