0
Monday 17 May 2021 - 12:27

İran Vyanada nüvə danışıqlarında ilkin razılaşmanın əldə edilməsini təkzibləyib

Story Code : 932989
İran Vyanada nüvə danışıqlarında ilkin razılaşmanın əldə edilməsini təkzibləyib
SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə məlumat verib.

İran rəsmisi hazırda Vyanada nüvə sazişilə bağlı danışıqların davam etdiyini bildirib və burada ilkin razılaşmanın əldə edilməsilə bağlı xəbərləri təkzib edib.

Səid Xətibzadə hazırda Vyanadakı danışıqların texniki məsələlər üzərində kökləndiyini, yekun qərarların isə siyasi rəhbərliklər tərəfindən veriləcəyini qeyd edib.

Qeyd edək ki, İran və sazişin digər üzvləri Vyanada nüvə danışıqlarına tam şəkildə qayıtmaq və sanksiyaları ləğv etməklə bağlı danışıqların üçüncü turundadırlar.