QR CodeQR Code

İran Vyanada nüvə danışıqlarında ilkin razılaşmanın əldə edilməsini təkzibləyib

17 May 2021 12:27

İslamTimes: İranın Xarici İşlər Nazirliyi nüvə sazişilə bağlı ilkin razılaşmanın olduğunu təkzib edib.


SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə məlumat verib.

İran rəsmisi hazırda Vyanada nüvə sazişilə bağlı danışıqların davam etdiyini bildirib və burada ilkin razılaşmanın əldə edilməsilə bağlı xəbərləri təkzib edib.

Səid Xətibzadə hazırda Vyanadakı danışıqların texniki məsələlər üzərində kökləndiyini, yekun qərarların isə siyasi rəhbərliklər tərəfindən veriləcəyini qeyd edib.

Qeyd edək ki, İran və sazişin digər üzvləri Vyanada nüvə danışıqlarına tam şəkildə qayıtmaq və sanksiyaları ləğv etməklə bağlı danışıqların üçüncü turundadırlar.


Story Code: 932989

News Link :
https://www.islamtimes.org/az/news/932989/iran-vyanada-nüvə-danışıqlarında-ilkin-razılaşmanın-əldə-edilməsini-təkzibləyib

Islam Times
  https://www.islamtimes.org