0
Monday 17 May 2021 - 14:02

Pakistan BMT TŞ-ni sionistlərin vəhşiliklərinə mane olmağa çağırdı

Story Code : 933008
Pakistan BMT TŞ-ni sionistlərin vəhşiliklərinə mane olmağa çağırdı
Pakistan BMT Təhlükəsizlik Şurasından İsraili müharibə cinayətlərinə görə cavabdeh kimi tanımağa və bu rejimə insanlığa qarşı cinayətlərini dayandırması üçün güc tətbiq etməyə çağırıb.

Pakistanın Təhlükəsizlik Şurasındakı Daimi Nümayəndəsi Münir Əkrəm paytaxtı Müqəddəs Qüds şəhəri olan Fələstin dövlətinin qurulması üçün beynəlxalq qətnamələrin tam şəkildə yerinə yetirilməsinə çağırıb.

O deyib: İsrailin hərəkətləri qəbuledilməz və beynəlxalq hüquqa ziddir və bu rejim BMT qətnamələrini ayaq altına alır.

Münir Əkrəm əlavə edib: "Fələstinin hədəfi xarici işğalçılığa qarşı qanuni bir mübarizə apararaq, öz taleyini həll etməkdir."

Münir Əkrəm qeyd edib ki, bu günədək Təhlükəsizlik Şurası, sionist rejimin müdafiəsiz və mühasirədə olan fələstinlilərə qarşı güc tətbiq etməsinə mane ola bilməyib!"