0
Monday 17 May 2021 - 14:16

İordaniya: İsrailin işğalına son qoymaq üçün bütün vasitələrdən istifadə edəcəyik

Story Code : 933012
İordaniya: İsrailin işğalına son qoymaq üçün bütün vasitələrdən istifadə edəcəyik
"Əl-Məqar" xəbər saytı İordaniya xarici işlər naziri Ayman əs-Səfadiyə istinadla yazıb ki, "Bu gün Fələstində baş verən bütün gərginliklərin səbəbi sionist rejimin qanunsuzluqları, işğalçılığıdır!"

İordaniyalı rəsmi əlavə edib: "İordaniya işğala son qoymaq və Fələstinin bütün torpaqları üzərində suverenliyini geri qaytarmaq üçün əlindən gələni əsirgəməyəcək!"

İordaniya Xarici İşlər Naziri qeyd edib ki, gərginliklərdən öncə də Fələstin xalqının hüquqlarının bərpa edilməsi üçün davamlı səylər göstərilirdi. Çünki Fələstin xalqı öz haqqlarına çatana qədər bölgədə sülh və əmin-amanlıq yaranması imkansızdır.

Ayman əs-Səfadi, İordaniya kralının dünya ölkələri və Fələstinlə təmaslarına toxunaraq, mövcud böhranın həlli üçün ilk növbədə Sionist rejimin hücumlarını mütləq dayandırmalı olduğunu deyib.