0
Monday 17 May 2021 - 21:24

Qassam Briqadaları Tel Əvivin bombalanacağı ilə bağlı xəbərdarlıq etdi

Story Code : 933059
Qassam Briqadaları Tel Əvivin bombalanacağı ilə bağlı xəbərdarlıq etdi
Qəzzadakı İzzəddin əl-Qassam Briqadalarının sözçüsü Əbu Ubeydə son bəyanatında deyib: Sionist düşmən son saatlarda Qəzzadakı evlərin və yaşayış binalarının bombardmanını daha gücləndirib. Bu səbəbdən İsrail rejiminə xəbərdarlıq edirik ki, fələstinlilərin evlərini bombalamağa son verməsə, Tel-Əviv yenidən raketlərimizin hədəfinə çevriləcək. Yenidən atəş edəcəyik. Biz xəbərdarlığımızı etdik!

Qəzzadakı Səhiyyə Nazirliyi, fələstinlilər arasında şəhid olanlarının sayının 200-ü keçdiyini bildirib. İsrail tərəfindən qətliam edilənlərdən 58-i uşaq, 35-i qadındır. Bu müddət ərzində 1300 fələstinli də yaralanıb.

Sionist rejim 1180 hədəfə zərbə endirdiyini bildirib. Onlar həmçinin Qəzzadan da 3160 mərmi və raket atıldığını qeyd ediblər.