0
Tuesday 18 May 2021 - 08:36

Amerika Təşkilatından gülünc açıqlama

Story Code : 933136
Amerika Təşkilatından gülünc açıqlama
Amerika Dövlətləri Təşkilatının (ADT) Baş Katibliyi Fələstinin “HƏMAS” Müqavimət hərəkatının Yaxın Şərqdə gərginliyin artmasına səbəb olmaq bəhanəsi ilə terror təşkilatı kimi tanınmasını istəyib

ADT-nin bəyanatında işğalçı İsrail rejiminin bu günədək Fələstinin 85 faiz torpaqlarını işğal etməsinə, BMT qətnamələrinə məhəl qoymamasına, fələstinliləri qətliam etməsinə işarə belə etmədən həyasızcasına bildirilib ki, “HƏMAS”ın hücumları İsrailin və bölgənin təhlükəsizliyini pozur!!

Fələstinin “Həmas” Müqavimət Hərəkatı Sionist rejimə dəfələrlə "zorakılığı, işğalçılığı dayandır" tələbi ilə müraciət etsə də, sionist rejim bu xəbərdarlıqlara əhəmiyyət verməyib və "Həmas" işğalçı İsrailə qarşı cavab tədbirlərinə əl atıb. Amerika Dövlətləri Təşkilatı (ADT) isə Fələstinin bu cavab zərbələrini terror hücumu kimi qələmə verib.

Amerika Dövlətləri Təşkilatının (ADT) qərargahı Vaşinqtonda yerləşir.