0
Tuesday 18 May 2021 - 10:09

İsrailli sabiq pilot: “Rəsmilər və komandirlər hərbi cinayətkarlardır”

Story Code : 933151
İsrailli sabiq pilot: “Rəsmilər və komandirlər hərbi cinayətkarlardır”
Deyerler.org Anadolu agentliyinə istinadən xəbər verir ki, İsrail rejimində və ordusunda Fələstinin işğalına və fələstinlilərə qarşı repressiya siyasətinə qarşı çıxan insanlar var və Conatan Şapira (Jonathan Shapira) da bunlardan biridir. O, ordudakı digər həmkarlarını da, mövcud vəziyyətləri nəzərə alaraq istefaya təşviq etmək üçün kampaniya başladıb. Onun və dostlarının kampaniyası nəticəsində 2003-cü ildən etibarən İsrail rejiminin ordusunun digər 27 pilotu Hərbi Hava Qüvvələrindən istefa edib.

Ordudan qovulduqdan sonra Fələstinin hüquqlarını dəstəkləyən nümayişlərə qatılması və hərbi cinayətlərə dair beynəlxalq konfranslar keçirdiyinə görə, indiyə qədər bütün digər işlərdən qovulub və yaşamaq üçün Norveçə köçüb.

Conatan bu müsahibədə niyə sionist ordusuna qoşulduğunu və bunun terror təşkilatının bir hissəsi olduğunu necə öyrəndiyini belə izah edir: “İkinci intifadada İsrail rejiminin hava qüvvələri və ordusunun etdiklərinin milyonlarla fələstinli arasında terror yaratmasının hərbi cinayət olduğunu anladım və bunu başa düşdükdə (ordu) tərk etməklə yanaşı, digər pilotları da bu cinayətdə iştirakdan açıq şəkildə imtina etmək üçün təşkilatlandırmağa qərar verdim.

İsraildə (İşğal olunmuş Fələstin) bir uşaq olaraq sionist militarizmi öyrənərək böyüyürsən. Fələstin haqqında demək olar ki, heç nə bilmirsən, 1948-ci il faciəsi haqqında, hazırki zülm haqqında heç nə bilmirsən”.

Conatan dinc insanların qətliamında iştirak edən pilotlara müraciət edərək, belə deyib: “Onlar Fələstin şəhərlərinə raket və bomba atmağa göndərildi. Bir yerdə bunun terror aktı olduğunu anladım. Bu işğal cinayət əməli və hərbi cinayətdir və biz bu hərbi cinayətdə iştirak etməyə davam etmək istəmirik.

Xalqı qorumaq üçün orduya qatılmışdıq və daha sonra xalqı qorumaq üçün İsrail ordusunda yox, digər tərəfdə durmalı və fələstinlilərlə bir yerdə olmalı olduğumuzu anladıq.

İsrail rejiminin ordusu terror təşkilatıdır, komandirləri hərbi cinayətkardır. İsrail irqçi yəhudi (sionist) rejimidir və bütün bölgəni fəlakətə sürükləyir. Buna inanıram və bir çox insan bunun həqiqət olduğunu başa düşür, amma hamı bunu demək istəmir. Bu bir həqiqətdir və deməliyəm. İsrail rejiminin ordusunda keçmiş pilot və kapitan olaraq bunu söyləmək mənim borcumdur. Dünyanı, yaşadığımız vəziyyətə görə fələstinliləri qorumalı olduğumuza çağırıram. Onlar qətliam olunurlar, etnik səbəblərdən öldürülürlər.

Fələstinliləri dəstəklədiyimə və dünyada konfranslar verdiyimə görə İsrail rejimində olduğum bütün işlərdən qovuldum.

İsraili aparteid dövləti, rejimi və ordu komandirlərini isə hərbi günahkarları adlandırdığım üçün işdən qovuldum”.