0
Tuesday 18 May 2021 - 15:29

İordan çayının qərbində İsrail qüvvələrinin atəşi nəticəsində 23 fələstinli həyatını itirib

Story Code : 933215
İordan çayının qərbində İsrail qüvvələrinin atəşi nəticəsində 23 fələstinli həyatını itirib
SalamNews Anadolu.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilib ki, qarşıdurmalar başlayandan İordan çayının qərbində 23 fələstinli İsrail qüvvələrinin atəşi və hücumuna məruz qalaraq həyatını itirib.

Qeyd edək ki, bu gün işğal altında və mühasirədə olan İordan çayının qərb sahilinin bütün bölgələri, eləcə də İsrailin daxilində ərəblərin yaşadığı bölgələrdə etiraz əlaməti olaraq ümumi tətil və aksiya günü elan edilib.