0
Tuesday 18 May 2021 - 16:31

ABŞ Qəzzaya hücum fonunda daha çox öldürmək üçün İsrailə 753 milyonluq silah satır – Cavad Zərif

Story Code : 933217
ABŞ Qəzzaya hücum fonunda daha çox öldürmək üçün İsrailə 753 milyonluq silah satır – Cavad Zərif
SalamNews xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi tvitter səhifəsində yazıb.

O ABŞ-da rəsmi Vaşinqtonun İsrailə 753 milyon dollarlıq silah satışının həyata keçirilməsilə bağlı xəbərlərə münasibət bildirib və deyib ki, ABŞ bir tərəfdən Qəzzaya hücum fonunda belə silahları satır, digər tərəfdən də BMT Təhlükəsizlik Şurasının İsrailə qarşı qərar və bəyanatlarını veto edir.

Qeyd edək ki, eyni zamanda ABŞ Nümayəndələr Palatasının üzvü İlhan Ömər də rəsmi tvitter səhifəsində Qəzzaya hücum fonunda İsrailə 753 milyon dollarlıq silahın satılması ilə bağlı xəbərə münasibət bildirib.

O qeyd edib ki, bu, təcavüzü davam etdirmək üçün yaşıl işıqdır.

İlhan Ömər silah müqaviləsinin ABŞ hökuməti tərəfindən təsdiqlənməməsini istəyib.