QR CodeQR Code

ABŞ Qəzzaya hücum fonunda daha çox öldürmək üçün İsrailə 753 milyonluq silah satır – Cavad Zərif

18 May 2021 16:31

İslamTimes: “Amerika istehsalı olan silahların Fələstinlilərin başına töküldüyü halda Vaşinqton yenidən daha çox fələstinli uşaqları öldürmək üçün İsrailə 753 milyon dollarlıq hədəfləri dəqiq vuran raketlər satır.”


SalamNews xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi tvitter səhifəsində yazıb.

O ABŞ-da rəsmi Vaşinqtonun İsrailə 753 milyon dollarlıq silah satışının həyata keçirilməsilə bağlı xəbərlərə münasibət bildirib və deyib ki, ABŞ bir tərəfdən Qəzzaya hücum fonunda belə silahları satır, digər tərəfdən də BMT Təhlükəsizlik Şurasının İsrailə qarşı qərar və bəyanatlarını veto edir.

Qeyd edək ki, eyni zamanda ABŞ Nümayəndələr Palatasının üzvü İlhan Ömər də rəsmi tvitter səhifəsində Qəzzaya hücum fonunda İsrailə 753 milyon dollarlıq silahın satılması ilə bağlı xəbərə münasibət bildirib.

O qeyd edib ki, bu, təcavüzü davam etdirmək üçün yaşıl işıqdır.

İlhan Ömər silah müqaviləsinin ABŞ hökuməti tərəfindən təsdiqlənməməsini istəyib.


Story Code: 933217

News Link :
https://www.islamtimes.org/az/news/933217/abş-qəzzaya-hücum-fonunda-daha-çox-öldürmək-üçün-israilə-753-milyonluq-silah-satır-cavad-zərif

Islam Times
  https://www.islamtimes.org