0
Tuesday 18 May 2021 - 12:36

İsrailin Qəzzaya hücumu nəticəsində 34 min insan BMT-nin obyektlərinə sığınıb

Story Code : 933220
İsrailin Qəzzaya hücumu nəticəsində 34 min insan BMT-nin obyektlərinə sığınıb
Bu barədə BMT-nin Fələstinli qaçqınlara dəstək agentliyi bəyanat verib.

Bildirilib ki, son 8-9 gün ərzində agentliyin nəzarətində olan və dəstəklədiyi 40 məktəb və digər ictimai obyektlərə 34 min insan yerləşdirilib.

Bu arada agentlik bildirib ki, Qəzzada elektrik enerjisi demək olar tam şəkildə kəsilib.

Bundan öncə Qəzzada aidiyyatı qurumlar elektrik enerjisini istehsal edən stansiyanın iki günlük yanacağının qaldığını bildirmişdilər.