QR CodeQR Code

İsrailin Qəzzaya hücumu nəticəsində 34 min insan BMT-nin obyektlərinə sığınıb

18 May 2021 12:36

İslamTimes: Son 9 gündə İsrailin Qəzzaya hava və artileriya zərbələri nəticəsində 34 min insan BMT-nin Fələstinli qaçqınlara dəstək agentliyinin obyektlərinə və agentliyin nəzarətində olan məktəblərə sığınıblar.


Bu barədə BMT-nin Fələstinli qaçqınlara dəstək agentliyi bəyanat verib.

Bildirilib ki, son 8-9 gün ərzində agentliyin nəzarətində olan və dəstəklədiyi 40 məktəb və digər ictimai obyektlərə 34 min insan yerləşdirilib.

Bu arada agentlik bildirib ki, Qəzzada elektrik enerjisi demək olar tam şəkildə kəsilib.

Bundan öncə Qəzzada aidiyyatı qurumlar elektrik enerjisini istehsal edən stansiyanın iki günlük yanacağının qaldığını bildirmişdilər.


Story Code: 933220

News Link :
https://www.islamtimes.org/az/news/933220/israilin-qəzzaya-hücumu-nəticəsində-34-min-insan-bmt-nin-obyektlərinə-sığınıb

Islam Times
  https://www.islamtimes.org